İtaliya A Seriyasının aprelin 21-nə planlaşdırılan oyunları təxirə salınıb.
KONKRET.az xəbər verir ki, buna səbəb Papa Fransiskin ölümü olub.
Qeyd edək ki, bu gün İtaliya çempionatında 4 oyun keçirilməli idi:
“Torino”-“Udineze”,
“Kalyari”-“Fiorentina”,
“Genuya”-“Latsio”,
“Parma”-“Yuventus”.
Xatırladaq ki, İtaliya çempionatının turnir cədvəlinə 71 xalla “İnter” başçılıq edir.