Təcrübəli paraşütçü Karolina Kennedi (40) Braziliyanın Boituva şəhərində əsas və ehtiyat paraşütlərinin açılmaması nəticəsində dünyasını dəyişib.
KONKRET.az xəbər verir ki, cilili idmançı 2013-cü ildən paraşütçü və fizioterapevt kimi çalışıb. Polis və Braziliya Paraşüt Federasiyası avadanlığı ələ keçirərək qəza ilə bağlı araşdırmalara başlayıb.
Kennedinin son anlarını əks etdirən kadrlarda paraşütçünün nəzarətsiz şəkildə fırlanaraq yıxıldığı görünür. Ehtiyat paraşütü açılmadığı üçün o, sürətlə yerə çırpılıb. Dərhal hadisə yerinə təcili yardım qrupları gəlsə də, xəstəxanaya aparılan Kennedini xilas etmək mümkün olmayıb./ajans