Parisdə “Normandiya dördlüyü”nün görüşü olacaqbackend

Parisdə “Normandiya dördlüyü”nün görüşü olacaq

Parisdə Şərqi Ukraynadakı vəziyyəti həll etmək üçün “Normandiya Formatı” sammitində 4 ölkənin – Almaniya, Rusiya, Ukrayna və Fransa rəhbərlərinin görüşü keçiriləcək.

KONKRET.az xəbər verir ki, Şərqi Ukrayna münaqişəsi ilə bağlı 3 ildir dondurulmuş danışıqlar yenidən başlayacaq. Fransa-Almaniya cütlüyünün məqsədi 2014-cü ildən bəri 13 min qurban vermiş, Avropada fəal silahlı münaqişənin sülh danışıqlarını bərpa etməkdir.

Müzakirələrə optimizmlə gedən Fransa və Almaniyanın Şərqi Ukraynada atəşkəsin dərhal elan edilməsi üçün çalışdıqları bildirilib.

Qeyd edək ki, Şərqi Ukrayna ilə bağlı sonuncu “Normandiya Formatı” çərçivəsində görüş 2016-cı ildə olub. (AzərTac)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*