Paşinyan: “İpoteka ilə ev almaq istəyirəm”backend

Paşinyan: "İpoteka ilə ev almaq istəyirəm"

Ermənistanın baş naziri Nikol Paşinyan bəzi məmurların bahalı mənzillərindən danışıb.

KONKRET.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, bu gün keçirdiyi mətbuat konfransında müdafiə naziri Suren Papikyanın 168 min dollara ev almasında, ABŞ-dakı Ermənistan səfiri Lilit Makunts və deputat Trdat Sarkisyanın oxşar addımlarında biabırçı heç nə görmədiyini deyib.

O, jurnalistlərdən güzəştli proqram çərçivəsində ipoteka götürüb-götürmədiklərini soruşub. Ermənistan baş naziri zarafatla ipoteka ilə ev almaq istədiyini söyləyib: “Mənə hardan alacağımı deyin, bilsəniz, bəlkə ordan alaram”.//Modern.az

  • Vüqar
    Mart 14, 2023 - 14:59

    Gəl Kristal Abşeron dan al.

Vüqar üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*