“Paşinyan kreslosunu qorumaq üçün geosiyasi fahişəliklə məşğuldur”.
KONKRET.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu “Ermənistan” fraksiyasının deputatı Andranik Tevanyan “5-ci telekanala” müsahibəsində deyib. O deyib ki, bu hakimiyyət Türkiyə və Azərbaycana faydalı olmaqda davam edir.
Tevanyan Türkiyənin xarici işlər nazirinin Ermənistanla münasibətlərin normallaşması ilə bağlı dünənki bəyanatını şərh edib. “Paşinyan öz kreslosunu qorumaq üçün geosiyasi fahişəliklə məşğuldur”, – deyə deputat reaksiyasını bildirib.
O, Ermənistanın üzləşdiyi daxili və xarici çağırışlara da toxunub, Ermənistan hakimiyyətinin davranışını dəyərləndirib və gələcək planlardan danışıb.
Xuraman Etibarlı,
KONKRET.az