Paşinyan ölkənin üçüncü prezidentinə ittihamlar yağdırıbbackend

Paşinyan ölkənin üçüncü prezidentinə ittihamlar yağdırıb

“Ermənistanda korrupsiyaya qarşı mübarizəni hökumətin və ya baş nazirin xahişi ilə konsert proqramına bənzədən insanlar var”, – bu fikirləri Ermənistanın Baş Naziri Nikol Paşinyan bu gün “Davamlı İnkişaf Məqsədləri üçün Korrupsiyaya Qarşı Mübarizə” ekspert forumundakı çıxışında səsləndirib.

KONKRET.az bildirir ki, Baş Nazir bir neçə gün əvvəl Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanı 400 milyon dramdan (800 min dollar) sui-istifadədə ittihamını gülünc hesab edən bəzi insanların reaksiyasından təəccübləndiyini söyləyib: “Anlayıram ki, Ermənistanda korrupsiyaya qarşı mübarizəni tamaşaçıların arzusu və ya xahişi ilə konsert şəklində təqdim edən insanlar var. Sanki hökumət və ya baş nazir Serj Sarkisyana qarşı 400 milyon dramlıq cinayət işinin açılmasını xahiş edir”.

Paşinyanın sözlərinə görə, burada aşağıdakı sual yaranır: niyə 4 milyardlıq deyil, 400 milyonluq iş sifariş edirdik? “Korrupsiya təfəkkürü və korrupsiyaya qarşı mübarizənin oxşar bir qavrayışı bir-birlərinin davamıdır”, – deyə Baş Nazir özü suala cavab verib.

Paşinyan parlamentdəki çıxışında dövlət büdcəsindən bir qəpik oğurlamadığına dair açıqlamasına da toxunub: “Bu ifadəmi tamamlamaq istəyirəm. Bəli, dövlət büdcəsindən bir qəpik oğurlamıram, amma onu da bilirəm ki, təəssüf ki, dövlət büdcəsindən vəsaitlər tam effektiv xərclənmir. Baş nazirin fəaliyyəti ilə bağlı dövlət xərcləri də daxil olmaqla, tam effektiv hesab edilə bilməz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*