Ermənistanın baş naziri Nikol Paşinyan brifinqdə bildirib ki, Pekində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşü nəzərdə tutulub.
KONKRET.az xəbər verir ki, o, həmçinin sentyabrın sonunda Rusiyaya rəsmi səfər edəcəyini açıqlayıb.
Paşinyan son aylarda Moskva ilə münasibətlərdə gərginlik yaşansa da, dialoqu davam etdirməyə hazır olduqlarını diqqətə çatdırıb. Baş nazirin səfərinin iki ölkə arasında münasibətlərin gələcək inkişafı baxımından əhəmiyyətli olduğu vurğulanır.
Müşviq Tofiqoğlu
KONKRET.az