backend

Paşinyan: Qarabağla bağlı "görünməmiş bəyanat"a görə kəskin tənqid olundum

“Qarabağ münaqişəsinin həlli Ermənistan, Qarabağ və Azərbaycan xalqları üçün məqbul olmalıdır dediyimə görə, mən “Ermənistan üçün misli görünməmiş bəyanat” deyərək tənqid olundum”, – bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Paris Sülh Forumundakı çıxışında bəyan edib.

“Ölkəmdə çox tənqid olundum. Müxalifət sual verir: “Ermənistan lideri niyə Azərbaycana qayğı göstərməlidir?” Budur, mən açıq və birbaşa cavab verirəm: əgər biz sabit bir həll tapmaq istəyiriksə, bütün iştirakçı tərəflərin maraqlarını nəzərə almalıyıq. Mən ümidlə bəyanat vermişdim ki, Azərbaycan rəhbərliyindən oxşar bir bəyanat eşidəcəyik. Əliyevin oxşar açıqlaması danışıqlar prosesində irəliləyiş əldə edəcəyimizi ifadə edəcək”, – deyə Paşinyan vurğulayıb.

KONKRET.az bildirir ki, Paris Sülh Forumundan Azərbaycan Prezidentinə müraciət edən Paşinyan onu “heç olmasa, belə bir bəyanat verməyə” çağırıb. “Əlbəttə ki, bu asan məsələ deyil, amma xalqlarımızın gələcəyi naminə məsuliyyət götürsək, bu, real dəyişikliyə nail olmaq üçün həqiqi səylər göstərməyimiz deməkdir,” – dedi Baş Nazir çıxışını yekunlaşdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*