Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxla sərhəddə yerləşən İcevana (Karvansaray) səfər edib.
KONKRET.az xəbər verir ki, bu barədə o, sosial şəbəkələrdə video yayımlayıb.
“Və bu gün biz İcevan ətrafında velosiped sürdük – 30 km”, Paşinyan videoya şərh verib.
N.Paşinyanın paylaşımlarına çox sərt reaksiya verən bəzi erməni istifadəçilər onu uğursuzluqlara görə tənqid edirlər.
KONKRET.az