Paşinyan Rusiyadan hansı hədiyyələrlə qayıdıb?backend

Paşinyan Rusiyadan hansı hədiyyələrlə qayıdıb?

Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 13-də Moskvada keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etdikdən sonra bahalı hədiyyələr alıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazıb.

Mənbə qeyd edir ki, rusiyalı həmkarı Mixail Mişustindən o, altı nəfərlik 650 min dram (1,6 min dollar) dəyərində “Qış nağılı” adlı yemək dəsti hədiyyə alıb.

Özbəkistanlı həmkarı Abdulla Aripov isə Paşinyana 628 min dram (1,5 min dollar) dəyərində ölkənin Xivə şəhərində divarlarla əhatə olunmuş İtçan Kalanın (daxili şəhər) mis üzərində oyma ilə yaradılmış təsvirini hədiyyə verib.

Qırğızıstan hökumətinin başçısı Akılbek Japarov erməni həmkarına Xor-Virap monastırını əks etdirən rəsm əsərini hədiyyə edib. Əsərin qiyməti 80 min dram (200 dollar) təşkil edir.

Paşinyanın AİB ölkələrinin hökumət başçılarına nə verdiyi barədə isə məlumat verilmir.

Yeri gəlmişkən, Paşinyan MDB və Avrasiya İqtisadi Birliyi (AİB) liderlərinin dekabrın sonunda Sankt-Peterburqda keçirilən görüşündə iştirak etməyib, videobağlantı vasitəsilə AİB sammitinə qatılıb.

Xatırladaq ki, həmin tədbirdə Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenko ilə söz davasına çıxıb və Minskə getməyəcəyini bir daha təkrar edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*