Paşinyan Vardanyanla bağlı məktubun Trampa göndərilməsini rədd edibbackend

Paşinyan Vardanyanla bağlı məktubun Trampa göndərilməsini rədd edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Ruben Vardanyanın ailəsinin onun azadlığa buraxılmasına dəstək göstərilməsi üçün ABŞ Prezidenti Donald Trampa müraciət etməklə bağlı xahişini rədd edib.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Nəşrin xəbərinə görə, ABŞ-da yaşayan erməni diasporunun bəzi nümayəndələri Trampın qızının həyat yoldaşına müraciət edərək, ondan Ağ Ev rəhbərinin bu məsələyə qarışmasına dəstək göstərməyi istəyib.

Məlumata görə, Tramp yalnız rəsmi İrəvanın müraciəti əsasında bu addımı atacağını söyləyib. Ermənistanın ABŞ-dakı səfiri Lilit Manukyants müraciəti Nikol Paşinyana çatdırsa da, rədd cavabı alıb. Bu mövqe belə bir müraciətin Azərbaycanla sülh müqaviləsinin imzalanmasına xələl gətirə biləcəyi ilə əsaslandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*