Paşinyana qarşı təzyiqlər artır: “Əgər Nikol devrilsə, o zaman sülh müqaviləsi…”backend

Paşinyana qarşı təzyiqlər artır: "Əgər Nikol devrilsə, o zaman sülh müqaviləsi..."

Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, Levon Ter-Petrosyan, Serj Sərkisyan və Robert Köçəryan davamlı olaraq onu Ermənistanı müharibəyə sürükləməkdə ittiham edirlər. Maraqlıdır, Paşinyanın keçmiş rəhbərləri hədəf alması nə ilə nəticələnəcək? Bu, Azərbaycan-Ermənistan danışıqlarına hansısa təsir göstərə bilərmi?

Məsələni KONKRET.az-a şərh edən politoloq Tural İsmayılov qeyd edib ki, Paşinyan özündən əvvəlki siyasi komandanın ittihamları ilə üz-üzə qalır:

Tural İsmayılov: “İnsanlıq adına pozitiv nəticələrin olmayacağını  düşünürəm” | KONKRET

“Gələn il Ermənistanda keçiriləcək seçkilər öncəsində revanşist dairələrin və müxalif qüvvələrin təzyiqlərinin artacağı açıq şəkildə görünür. Paşinyan da buna cavab olaraq keçmiş prezidentlərin ittihamlarını rədd edir və onların iç üzünü ortaya çıxarır. Çünki Paşinyanın səhvlərinə baxmayaraq, Köçəryan, Sərkisyan və Petrosyan təkcə işğalçılıq və Azərbaycan xalqına qarşı cinayətlərdə deyil, həm də Ermənistanın gələcəyini məhv etməkdə məsuliyyət daşıyırlar”.

Politoloqun sözlərinə görə, seçkilər yaxınlaşdıqca, xarici dairələrin dəstəyi ilə Paşinyana qarşı təzyiq və təhdidlərin daha da güclənəcəyi gözlənilir:

“Onlar müxtəlif üsullarla Paşinyana qarşı kampaniya aparmağa çalışacaqlar. Amma Paşinyan bunun fərqindədir və mübarizə aparır”.

Tural İsmayılov həmçinin hesab edir ki, Paşinyanla keçmiş prezidentlər arasındakı qarşıdurmanın Azərbaycan-Ermənistan danışıqlarına ciddi təsiri yoxdur:

“Çünki bu şəxslərin Ermənistanda nüfuzu qalmayıb. İnanmıram ki, Ermənistan hakimiyyəti onların təxribatları ilə Azərbaycanla münasibətlərdə əldə olunan nəticələrə zərbə vursun”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*