Paylan: Erməni Soyqırımı haqqında danışmağınız lazım olan bir parlament varsa, o da Türkiyə Milli Məclisidirbackend

Paylan: "Erməni Soyqırımı haqqında danışmağınız lazım olan bir parlament varsa, o da Türkiyə Milli Məclisidir"

Türkiyəli millət vəkili Karo Paylan erməni soyqırımının tanınmasl üçün bəyanat yayıb. KONKRET.az xəbər verir ki, o, gələn il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Türkiyə parlamentində oxşar bəyanatla çıxış edib. “1915-ci ilə qədər bu ərazilərdə, Spartada, Mersində, Adanada, Trapizonda, Tiqranakertdə, Bursada və başqa bölgələrdə ermənilər yaşayırdılar və hər beşinci şəxs erməni idi. İndi bir araya gəlsək, bir stadionu da doldura bilmərik. Əlbəttə ki, buxarlanmadıq. Çox böyük bir fəlakət oldu, təəssüf ki, 104 ildir ki, inkar siyasətiilə bunu rədd edirik, bu barədə danışmaqdan imtina edirik. Baxın, başqa parlamentlər bu barədə danışırlar, biz isə deyirik ki, danışmasınlar. Bölgəyə aid mövzu bu bölgədə müzakirə edilməlidir. Bu dünyada bu mövzunun söylənilməsi lazım olan bir parlament varsa, o da Türkiyə Böyük Millət Məclisidir, çünki biz bu torpaqların övladlarıyıq”, – dedi Paylan çıxışını yekunlaşdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*