Nizamidə 45 yaşlı kişi qətlə yetirildi, qaynı saxlanıldı – YENİLƏNİBbackend

Nizamidə 45 yaşlı kişi qətlə yetirildi, qaynı saxlanıldı - YENİLƏNİB

Dekabrın 2-də saat 23:45 radələrində Nizami rayonu Qara Qarayev prospektində 1978-ci il təvəllüdlü Zamanov Rasim Fəxrəddin oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

***

Hadisə ilə bağlı saxlanılan var.

Belə ki, Bakının Nizami rayonunda Zamanov Rasim Fəxrəddin oğlunu qətlə yetirməkdə şübhəli bilinən R.Zamanovun qayını 1980-ci təvəllüdlü Həsrətov Həsən Məmməd oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*