Pensiya yaşına çatmayan şəxslərə ödənişlər ediləcək – TƏCİLİbackend

Pensiya yaşına çatmayan şəxslərə ödənişlər ediləcək - TƏCİLİ

Mövcud qanunvericiliyə əsasən, bəzi hallarda dünyasını dəyişən şəxsin topladığı pensiya kapitalı və ya aldığı pensiya vərəsələrinə verilə bilər.

KONKRET.az xəbər verir ki, Millət vəkili Vüqar Bayramov Xəzər TV-yə bildirib ki, bu hüquq əsasən 18 yaşına çatmayan övladlara, əlilliyi olan şəxslərə və dünyasını dəyişən şəxsin həyat yoldaşına şamil olunur.

Vüqar Bayramov bildirir ki, bu sahədə yeni yanaşmalar üzərində də düşünülür. Millət vəkili pensiya kapitalının tam olmasa da, bir hissəsinin vətəndaşların şəxsi ehtiyaclarına yönəldilməsini təklif edir. Belə modellər artıq inkişaf etmiş bir sıra ölkələrdə tətbiq olunur.

O, əlavə edib ki, bəzi ölkələrdə yalnız minimum deyil, orta pensiya kapitalı anlayışı da mövcuddur. Topladığı məbləğ orta pensiya kapitalından çox olan vətəndaşlara ondan istifadə imkanları yaradılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • Elməddin
    May 9, 2025 - 17:40

    Salam Atamın pensiya kapitalın Anamız ala bilərmi amma ki,Anamızın hələ pensiya yaşına çıxmasına bir neçə illəri var isdəyirik bir dəfəlik Anamız alsın mulicələrinə sərf edək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*