Pensiyalarla bağlı qaydalarda dəyişiklik edildibackend

Pensiyalarla bağlı qaydalarda dəyişiklik edildi

Nazirlər Kabineti sığorta-pensiya sisteminin təkmilləşdirilməsi, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi sahəsində növbəti addım kimi, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edib.

KONKRET. az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Yeni dəyişikliklərlə:

– Ailə başçısını itirməyə görə pensiya təyinatı zamanı ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının nümayəndəsinin arayışı tələb edilməyəcək;

– Vaxtilə kolxozda çalışmış şəxslərin sığorta stajı hesablanarkən əmək kitabçasında əmək iştirakı günü (minimum əmək günü) qeydinin olması tələb edilməyəcək;

– 2017-ci il iyulun 1-dək 20 təqvimi xidmət ilindən çox xidmət etmiş hərbçilərə həmin vaxta qədər 20 ildən yuxarı göstərilmiş xidmətin hər ili üçün təminat xərcliyinin 3 faizi qədər əlavə hesablanacaq;

– Pensiyaların minimum məbləğə çatdırılması, indeksləşdirilməsi və maddi yardımın (əvvəlki ildə ödənilən) pensiyanın tərkibinə daxil edilməsi eyni tarixdə olarsa, hesablamalar aşağıdakı ardıcıllıqla yerinə yetiriləcək:

– Pensiya minimum məbləğə çatdırılacaq,

– Maddi yardımın bir aya düşən hissəsi pensiyanın tərkibinə daxil ediləcək,

– Pensiya indeksləşdiriləcək.

  • Məhəmmədiyə
    Noyabr 24, 2023 - 23:07

    Nəyə görə mülki şəxslər ancaq öz topladıqları pul 144 aya bölünərək pensiya adı ilə alırlar. Dövlət onlara nə verir. Polis aldığı maaşın müəyyən 80-100 faizini alır. Mülki şəxslərə ancaq öz pullarını pensiya adı ilə alırlar. 40 il vergi ödəyən şəxsə hökümət nə verir?

  • Nadir Həsənov
    Noyabr 27, 2023 - 17:17

    Çox düz qeyd etmisiniz. Məni stajım əyani təhsil də daxil olmaqla 38 il stajım var, Sovet dövründə yüksək maaş almışam, vergi tutulub bu məvacibdən. Bu ödənişlər niyə pensiya kapitalına daxil edilmir?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*