Pentaqon: “Bu ilk dəfədir ki, olur” – Rusiya və Çin döyüş təyyarələri Alyaska sahillərində birgə uçuşlar həyata keçirdibackend

Pentaqon: "Bu ilk dəfədir ki, olur" - Rusiya və Çin döyüş təyyarələri Alyaska sahillərində birgə uçuşlar həyata keçirdi

ABŞ müdafiə naziri Lloyd Austin dünən Alyaska sahillərində beynəlxalq hava məkanında uçan Çin və Rusiyaya aid 4 döyüş təyyarəsi ilə bağlı açıqlama verib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Pentaqon belə halla ilk dəfə qarşılaşdığını deyib.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Pentaqonda ABŞ-ın Birləşmiş Qərargah Rəisləri generalı Çarlz Braun ilə mətbuat konfransında deyib ki, ABŞ və Kanadanın ortaq təşkilatı Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) tərəfindən Alyaska sahillərində beynəlxalq hava məkanına müdaxilə edən Çin və Rusiyaya məxsus 4 döyüş təyyarəsinin insidenti bir sürprizdir.

Rusiya və Çin təyyarələrinin ABŞ və Kanada hava sahəsinə girmədiyini, sərhədin 300 kilometrə yaxınlaşdığını bildirən Ostin belə vəziyyətlərə hər zaman müdaxilə etməyə hazır olduqlarını bildirib.

ABŞ prezidenti Co Baydenin namizədliyini geri götürdüyü bir vaxtda Rusiya və Çinin belə bir addımına Ostin “Onlar bizi həmişə sınaqdan keçirirlər və bu, heç birimiz üçün sürpriz deyil” deyə münasibət bildirib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*