İran Prezidenti Məsud Pezeşkianın maşınına su qarışmış benzin vurulması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.
KONKRET.az xəbər verir ki, bunu İran Yanacaqdoldurma Məntəqələri Birliyinin sözçüsü Rza Nəvaz deyib.
“Aparılan araşdırmadan sonra həmin gün deyilən yanacaqdoldurma məntəqəsində 1000-dən çox avtomobilə yanacaq doldurulub və həmin avtomobillərin sahibləri tərəfindən heç bir şikayət daxil olmayıb”,- o əlavə edib.
Rza Nəvaz prezidentin Təbrizə taksi ilə getməsinin başqa səbəblərinin ola biləcəyini deyib:
“Prezident karvanında olan hər üç avtomobilin xarab olması iddiası doğrudursa, məsələyə texniki və təhlükəsizlik məsələləri də daxil olmaqla, başqa aspektlərdən də baxmaq lazımdır, bunu benzinlə əlaqələndirmək absurddur”.
Qeyd edək ki, bundan əvvəl yayaılan məlumatlara görə, Məsud Pezeşkianın Təbrizə qeyri-rəsmi səfəri zamanı onu və mühafizəçilərini aparan üç avtomobil benzinə su qarışdırılması səbəbindən Qəzvin əyaltində yarı yolda xarab olub və hökumət başçısı yolun qalan hissəsini taksi ilə Təbrizə gedib.