Pezeşkian xaricdəki iranlılara müraciət etdibackend

Pezeşkian xaricdəki iranlılara müraciət etdi

İran Prezidenti Məsud Pezeşkian xaricdə yaşayan iranlıları hökumətlə əl-ələ verməyə və problemləri birlikdə həll etməyə çağırıb.

KONKRET.az xəbər verir ki, bu haqda İran mətbuatı məlumat yayıb.

“Biz diplomatiya və konstruktiv fəaliyyətin tərəfdarıyıq, müharibənin əleyhinəyik və ölkəni müharibədən uzaq tutmaq üçün bütün siyasi və diplomatik resurslardan istifadə edəcəyik. Biz əl-ələ verib ölkənin başucalığı üçün çalışmalıyıq”, – o əlavə edib.

Başçılıq etdiyi hökumətin üfüqləri genişləndirmək, diplomatiyanın qapılarını açmaq üçün səylərini əsirgəməyəcəyini deyən Pezeşkian çağırışını təhdid mesajı ilə yekunlaşdırıb:

“Düşmənlər bilsinlər ki, xalqımız sülhsevər olsa da, heç bir şəkildə təslim olmağı qəbul etmir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*