Polad Ömərov ABŞ-yə təhvil verildibackend

Polad Ömərov ABŞ-yə təhvil verildi

Ötən il Çexiyada saxlanılan azərbaycanlı kriminal avtoritet Polad Ömərov ABŞ-yə ekstradisiya olunub.

KONKRET.az xəbər verir ki, bu barədə Çexiya Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Polad Ömərov çərşənbə günü səhər Praqa Vatslav Havel hava limanında ABŞ-nin səlahiyyətli nümayəndələrinə təhvil verilib.

Ömərov, Rafət Əmirov və Xalid Mehdiyevlə birlikdə ABŞ vətəndaşı olan və Nyu-Yorkun Bruklin şəhərində yaşayan İran hökumətini tənqid edən şəxsə qarşı Tehranın dəstəklədiyi sui-qəsd cəhdindəki rollarına görə kirayəlik adam öldürmə və çirkli pulların yuyulmasında ittiham olunurlar.

Qeyd edək ki, ötən il Praqada saxlanılan Polad Ömərov eyni zamanda, Ukrayna dövləti tərəfindən 2021-ci ilin dekabrında Nazir Əliyevin qətlini təşkil etdiyinə görə beynəlxalq axtarışa verilmişdi.

Qeyd edək ki, Polad Ömərov mərhum kriminal avtoritet Nadir Səlifova yaxınlığı ilə tanınırdı.Qaynarinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*