Polis həftəsonu 45 kiloqram narkotik aşkarlayıbbackend

Polis həftəsonu 45 kiloqram narkotik aşkarlayıb

Polis əməkdaşlarının 20-21 yanvar tarixlərində respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 45 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr, 7,2 kiloqramdan çox heroin, 37 kiloqrama yaxın marixuana, 180 qrama yaxın tiryək, 750 qram metamfetamin və 825 ədəd metadon həbi olub.

Bu istiqamətdə mübarizə tədbirləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*