Politoloq: “Cənubi Qafqazı Liviya və Suriyaya çevirmək istəyirlər” – VİDEObackend

Politoloq: "Cənubi Qafqazı Liviya və Suriyaya çevirmək istəyirlər" - VİDEO

Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilib.

KONKRET.az xəbər verir ki, iclasda çıxış edən Prezident İlham Əliyev Ermənistana xəbərdarlıq edib. Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov özəl açıqlamasında bildirib ki, Paşinyan və Makrona vacib ismarıclar da verilib:

“Onların Azərbaycana, ümumilikdə bölgəyə qarşı təxribat hazırladıqlarını qeyd etdi. Əlbəttə ki, Ermənistanın və Fransanın atdığı birgə addımlar sülhə kölgə salır. İrəvanla Parisin məqsədi regionu yeni geosiyasi bazaya çevirməkdir. Bu kontekstdə cənab Prezidentin üçtərəfli bəyanata toxunması və qeyd etməsi ki, üçtərəfli bəyanatın Azərbaycanla Naxçıvanın quru sərhədlərini birləşdirəcək maneəsiz nəqliyyatla bağlı məsələsinin hələ də Ermənistan tərəfindən həll edilməməsi və Qarabağın dağlıq hissəsində erməni hərbi birləşmələrinin hələ də qalması yolverilməzdir”.

Politoloqun fikrincə, bu, Ermənistana ciddi xəbərdarlıqdır. Prezident daha əvvəl də Paşinyana xəbərdarlıqlar edib. Söhbət II Qarabağ müharibəsindən öncəki iki ildən gedir. Lakin Qərblə Rusiya arasındakı oyunbazlıq və Qarabağ özbaşınalıqlarından qalmayan Nikol “Dəmir Yumruq”la cəzalandırıldı. Deyəsən, kapitulyantın qulağının dibi yenə gicişir:

“İndi də Ermənistan çox ciddi və həssas proseslərin qabardılması ilə məşğuldur. Bölgəni yeni Liviya və yeni Suriyaya çevirmək cəhdi fəlakətlə nəticələnə bilər. Əgər Ermənistan hər hansı bir cinahı tutmaq istəyirsə, buna tədricən getməlidir. İnstitusional yolla. Amma hərbi və siyasi yolla atılacaq addımlar bütövlükdə Cənubi Qafqazdakı proseslərə təsir edəcək. Ermənistan, onun müxalifəti və İrəvan himayədarlarları cənab Prezidentin dünənki çıxışına diqqətlə qulaq assınlar və başa düşsünlər ki, Azərbaycan ordusu istənilən məqsədin həyata keçirilməsi ilə məşğul ola bilər. Biz səbr nümayiş etdiririk, amma qanunsuz erməni hərbi birləşmələri təcili şəkildə Qarabağın dağlıq hissəsindən çıxarılmalıdır. Ermənistan da üzərinə götürdüyü öhdəlikləri təcili şəkildə yerinə yetirməlidir”.

Prezidentin çıxışının həmin hissələrini təqdim edirik:

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*