Portuqaliya Ukraynaya yüz milyonlarla avro ayırırbackend

Portuqaliya Ukraynaya yüz milyonlarla avro ayırır

Portuqaliya 2025-ci ildə Ukraynaya 220 milyon avro məbləğində yardım edəcək. 

KONKRET.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu baş nazir Luis Monteneqro NATO sammitinə gələrkən Vaşinqtonda jurnalistlərə deyib.

“Bizim hesablamalarımıza görə, bu il Ukraynaya dəstəyimizin həcmi 220 milyon avrodan çox ola bilər və biz gələn il də eyni məbləği ayıracağıq”, – deyə Monteneqro bildirib.

Baş nazir əlavə edib ki, Portuqaliyanın Ukraynaya dəstək səyləri ölkənin hərbi sferasının bəzi sektorlarına fayda verə bilər.

Qeyd edək ki, mayın 28-də Ukrayna və Portuqaliya Lissabonun bu il Kiyevə ilkin olaraq 126 milyon avro hərbi yardım ayırmasını nəzərdə tutan təhlükəsizlik sazişi imzalayıb. Lissabon həmçinin F-16 qırıcılarının beynəlxalq koalisiyasında, dəniz koalisiyasında, eləcə də Kiyev üçün iriçaplı sursatların alınması proqramlarında və Ukrayna ərazisindən minaların təmizlənməsi səylərində iştirakını təsdiqləyib. Ukrayna prezidenti Vladimir Zelenskinin sözlərinə görə, saziş 10 il müddətinə nəzərdə tutulub.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*