Buna səbəb COVID19-la bağlı epidemioloji vəziyyətin pisləşməsidir. Yeni ilin qeyd edilməsinin ləğvi ilə bağlı qərarı Baş nazir Antonio Kosta açıqlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Baş nazir bildirib ki, yeni il ərəfəsində ölkədə komendant saatı tətbiq olunacaq. Komendant saatı dekabrın 31-də saat 23:00-da qüvvəyə minəcək. Həmçinin 1-3 yanvar tarixlərində saat 13:00-dan gecə saat 5:00-dək insanların evlərindən çıxmasına icazə verilməyəcək. Kosta jurnalistlərə “Yeni il bayramını bu il tamamilə unutmalıyıq”, – deyib.
Eyni zamanda, Portuqaliya hakimiyyəti Miladda sərt tədbirlər tətbiq etməməyə qərar verib. Ailələr bayram ziyafətinə məhdud sayda qonaq dəvət edə biləcəklər. Əlavə olaraq, 23-26 dekabr tarixlərində ölkə daxilində hərəkət üçün heç bir məhdudiyyət olmayacaq.
Xatırladaq ki, 16 dekabrda Şimali Makedoniya hökuməti də Yeni il şənliklərini ləğv etmək qərarına gəlib. Ölkədə 18 dekabr – 20 yanvar tarixləri arasında açıq ərazilərdə və qapalı yerlərdə keçiriləcək bütün kütləvi tədbirlər ləğv ediləcək, vətəndaşların dörd nəfərdən çox qrup halında toplanması qadağan olunacaq.
KONKRET.az