Prezident AYNA ilə bağlı Fərman imzaladıbackend

Prezident AYNA ilə bağlı Fərman imzaladı

AYNA-nın “Beynəlxalq avtomobil daşımalarını həyata keçirən operatorlar” altsistemi genişləndirilib.

KONKRET.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, informasiya sisteminə daxil olan “beynəlxalq avtomobil daşımalarını həyata keçirən operatorlar” altsistemi avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorlarının uçotunun aparılması ilə yanaşı, operatorlara kvota ilə müəyyən edilmiş, xarici ölkələrin ərazisində beynəlxalq avtomobil daşımalarını yerinə yetirmək üçün elektron qaydada mübadilə edilən xarici ölkələrin “İcazə” blanklarının və əldə edilən Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli qısamüddətli (aylıq) və çoxtərəfli illik “İcazə” blanklarının (jurnallarının) elektron qaydada verilməsini də təmin edəcək.

Belə ki, “İcazə” terminindən istifadə standartlaşdırılıb, illik və qısamüddətli icazələr qısamüddətli (aylıq) və çoxtərəfli illik “İcazə” blankları kimi ifadə olunur. Xarici ölkələrdə beynəlxalq avtomobil daşımaları üçün verilən “İcazə” blanklarının və jurnallarının elektron qaydada verilməsi proseduru aydınlaşdırılıb.

Operatorlara verilən “İcazə” blankları və onların uçotu da sistemə əlavə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*