Prezident Neft Fondunun yeni tərkibini təsdiqlədi – Sərəncambackend

Prezident Neft Fondunun yeni tərkibini təsdiqlədi - Sərəncam

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib.

KONKRET.AZ “Report”a istinadla xəbər verir ki, Prezident İlham Əliyev dekabrın 9-da bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, ARDNF-nin yeni tərkibinə Azərbaycanın Baş Naziri, Milli Məclis sədrinin müavini, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri, Maliyyə naziri, İqtisadiyyat naziri və Mərkəzi Bankın sədri daxildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*