Prezidentin bacısı yük maşınlarını yoxlamağı qadağan edirbackend

Prezidentin bacısı yük maşınlarını yoxlamağı qadağan edir

Dörd ağır yük maşını Fərab sərhəd məntəqəsindən (Özbəkistan tərəfdə Ələt sərhəd məntəqəsi) keçərək, Türkmənistan və Özbəkistan arasında müntəzəm olaraq hərəkət edir.

Bu maşınlara verilmiş “Yoxlanılması qadağandır” ştampı vurulmuş sənədlər prezidentin böyük bacısı Gülnabat Dövlətova tərəfindən imzalanıb. İmza Gülnabat xanımın rəhbərlik etdiyi Türkmənistan Milli Qızıl Aypara Cəmiyyətinin möhürü ilə təsdiqlənib. Amma hamıya məlumdur ki, bu təşkilatın balansında heç bir yük maşını yoxdur.

Türkmənistan gömrükçülərinə və onların MTN-dən olan kuratoruna Özbəkistana gedən və qayıdan maşınlarda hansı yükün daşındığı məlum deyil. Ölkə daxili yollarda hərəkət zamanı yük maşınlarını polis maşınları müşayiət edirlər.

Fərab məntəqəsində işləyən gömrük işçisinin sözlərinə görə, MTN-dən olan kurator sərhədi keçən istənilən nəqliyyat vasitəsində axtarış aparmaq hüququna malikdir. Amma o, bu dörd maşına nə özü yaxınlaşır, nə də gömrük işçilərini və sərhədçiləri yanaşmağa qoyur. Bir dəfə onun yoxluğunda yeni gömrük işçisi bu yük maşınlarından birini yoxlamaq qərarına gəldikdə, buna icazə verilmədi, daha sonra ona sərt töhmət elan olundu və Qazaçağa göndərildi.

Bir cavab yazın