Prezidentin iqtisadi məsələlər üzrə müşaviri maaş almayacaqbackend

Prezidentin iqtisadi məsələlər üzrə müşaviri maaş almayacaq

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, tanınmış Qazaxıstan iqtisadçısı, Strateji Təşəbbüslər Mərkəzinin böyük tərəfdaşı Oljas Xudayberqenov dövlət başçısının iqtisadi məsələlər üzrə ştatdankənart müşaviri təyin edilib.

Xudayberqenov əlavə edib ki, yeni vəzifəsi ictimai xarakter daşıyır və işinə görə əmək haqqı almayacaq.

Məlum olub ki, dövlət başçısının yeni müşavirinin 37 yaşı var.

Qazaxıstan rəhbərinin yeni müşaviri Beynəlxalq Qazax-Türk Universitetinin məzunudur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*