Prokurorluq əməkdaşı yol qəzasında həlak oldu – FOTObackend

Prokurorluq əməkdaşı yol qəzasında həlak oldu - FOTO

Beyləqan rayonunda ağır yol qəzası olub.

KONKRET.az xəbər verir ki, hadisə Beyləqan-Daşburun yolunda baş verib.

Belə ki, 1999-cu il təvəllüdlü Nazim Habil oğlu Rzayevin idarə etdiyi “KİA Optima” markalı avtomobil aşıb.

Sürücü aldığı xəsarətlərdən vəfat edib. Məlumata görə, qəzada vəfat edən Nazim Rzayev Şəmkir rayon sakinidir. O, Beyləqan rayon prokurorunun köməkçisi vəzifəsində çalışırmış.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*