Putin 60 gün istədi, Tramp ona 50 gün verdibackend

Putin 60 gün istədi, Tramp ona 50 gün verdi

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın sabiq, hazırda isə prezidentliyə namizədi Donald Trampla 3 iyulda baş tutmuş telefon danışığında Ukraynanın əsas bölgələri üzərində tam nəzarət qurmaq üçün 60 gün vaxt lazım olduğunu bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “Clash Report” yayıb. Bildirilir ki, Putinin bu bəyanatından 10 gün sonra Tramp ictimaiyyətə açıqlama verərək, Moskvanın hərəkətlərinə reaksiya olaraq yeni sanksiyaların tətbiqinə qədər Putinə sadəcə 50 gün vaxt verildiyini bəyan edib.

Siyasi müşahidəçilərin fikrincə, Trampın bu addımı onun Rusiyaya qarşı sərt və konkret yanaşmasını nümayiş etdirir və gələcək mümkün diplomatik danışıqlara təzyiq vasitəsi kimi qiymətləndirilə bilər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*