Putin İrana xəyanət etdi?backend

Putin İrana xəyanət etdi? 

Keçmiş Mossad rəhbəri Yossi Koenin Rusiya prezidenti Vladimir Putinin Bəşər Əsədin hakimiyyəti dövründə İranın Livan Hizbullahına silah təchizatı marşrutlarına İsrail hava zərbələrini şəxsən təsdiqlədiyini açıqlaması İranda ictimai əhval-ruhiyyəni bir daha canlandırıb.

KONKRET.az xəbər verir ki, “Silahlar Livan, Suriya və Hizbullahdakı SEPAH-a çatdığı üçün bu hücumları necə və nə üçün etməli olduğumuzu ətraflı izah etmək üçün Kremlə səfər etdim”, – Koen bildirib.

İranda Mossad-ın keçmiş rəhbərinin tanınması Suriyanın hava məkanına nəzarət edən Moskvanın öz sadiq İran qüvvələrini qorumaqdan bilərəkdən yayındığına dair şübhələri artırıb.

Dəniz Pənahova 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*