Putin: “Rus əsgərinin ayaq basdığı yer artıq bizimdir”backend

Putin: “Rus əsgərinin ayaq basdığı yer artıq bizimdir”

Rusiya prezidenti Vladimir Putin ölkəsinin Ukrayna ilə bağlı mövqeyinə dair bir sıra mühüm açıqlamalar verib. O bildirib ki, “rus əsgərinin ayaq basdığı hər yer Rusiyaya məxsusdur”.

KONKRET.az xəbər verir ki, Putin əlavə edib ki, Rusiya Silahlı Qüvvələrinin Sumi vilayətini nəzarətə götürmək kimi konkret planı olmasa da, bu ehtimal istisna edilmir. Onun sözlərinə görə, Ukraynanın Kursk vilayətinə hücumu ilə özü-özünə problem yaratdığı və bu səbəbdən cəbhə xəttinin genişləndiyi vurğulanıb.

Rusiya lideri Ukraynanın Kursk istiqamətində 76 min nəfər canlı qüvvə itirdiyini iddia edib. O, həmçinin Rusiyanın sərhəd boyunca təhlükəsizlik zonaları yaratmağa məcbur olduğunu, bu addımın isə Ukraynanın onsuz da çatışmayan hərbi qüvvələrini daha da zəiflətməyə xidmət etdiyini qeyd edib.

Putinin açıqlamasına görə, hazırda Sumi vilayətində yaradılan təhlükəsizlik zonasının dərinliyi 10-12 kilometr təşkil edir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*