Putin: “Ukraynada zorla aparırlar, bizdə könüllü yazılırlar”backend

Putin: “Ukraynada zorla aparırlar, bizdə könüllü yazılırlar”

Rusiya Prezidenti Vladimir Putin Ukraynada səfərbərlik zamanı 30 min nəfərin saxlandığını, buna qarşılıq olaraq Rusiyada hər ay 50-60 min şəxsin müqavilə əsasında könüllü olaraq orduya qoşulduğunu bildirib.

KONKRET.az xəbər verir ki, Putin bu fikirləri Kremlin situasiya mərkəzindən videobağlantı vasitəsilə “Delovaya Rossiya”nın 20-ci qurultayındakı çıxışı zamanı səsləndirib.

“Əgər Kiyev hakimiyyəti məcburi səfərbərliklə məşğuldursa, insanları küçədə it kimi tuturlarsa, bizim uşaqlar könüllü şəkildə, özbaşına gedirlər”, – deyə Rusiya lideri vurğulayıb.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*