“Kəşfiyyat mənə Vladimir Putinə qarşı terror aktının hazırlanması ehtimalı barədə məlumat verib”.
KONKRET.az modern.az-a istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
Kəşfiyyatçılarımız son vaxtlar yaxşı işləyirlər, bizi məlumatlandırdılar. Qərbdən gələn söz-söhbətdə Rusiya Prezidentinə qarşı terror aktının hazırlandığı barədə məlumatlar vardı”, – o bildirib.
Lukaşenko vurğulayıb ki, Ukraynada müharibə davam etdiyi müddətdə ehtiyatlı olmaq lazımdır:
“Ona tez-tez deyirəm: müharibə gedir, ora-bura uçmağa ehtiyac yoxdur. Lazımdırsa, qoy özləri sənin yanına gəlsinlər.
Düşünürəm ki, o zaman xəbərdar edib BRİKS sammiti üçün Cənubi Afrikaya səfərdən onu çəkindirməklə nə qədər haqlı olmuşam. Qərbdə hamı başa düşür ki, Putini aradan götürsələr, hər şey tamam başqa cür olacaq. Buna ciddi yanaşmaq lazımdır. Bunu bu gün ilk dəfə açıqlayıram, ehtiyatsız davranmaq olmaz. Onlar aldatmışdılar, bunu o da daim etiraf edir”.
