“Putinin Qarabağın statusu ilə bağlı məsələni qaldırması…” – Politoloqdan maraqlı ŞƏRHbackend

“Putinin Qarabağın statusu ilə bağlı məsələni qaldırması...” - Politoloqdan maraqlı ŞƏRH

“Rusiya prezidenti Vladimir Putinin mətbuat konfransında Qarabağla bağlı mövqeyində status məsələsini qaldırması burada konkret erməniləri müdafiə etməsi deyil. Putin Rusiyanın burada maraqlarından çıxış edir. Çünki Qarabağda statusun saxlanması Rusiyanın burada sülhməramlı qüvvələr adı altında öz ordusunun saxlaması üçün siyasi şəraitin davam etməsi deməkdir. Bundan əlavə, Putin “Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir”- deməsi və sonradan “status məsələsi dəyişməzdir”- tezisi hər iki tərəfin maraqlarını qorumaq və balans yaratmaqdır. Bununlada münaqişənin lokal davam etməsinə zəmin yaradır”.

KONKRET.az xəbər verir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə Rusiya prezidenti Vladimir Putinin bu gün keçirilən illik mətbuat konfransında Qarabağla bağlı səsləndirdiyi fikirləri şərh edərkən bildirib.

“Ümumiyyətlə Rusiyanın Qarabağda sülhməramlı qüvvələri ilə təmsil olunması sülhün və təhlükəsizliyin qaranti olmadığını ilk gündən qeyd etmişəm. ABŞ -da bu gün verdiyi bəyanatda Qarabağda Rusiyanın sülhməramlı qüvvələrinin təhlükəsizliyini təhdid etdiyini bəyan etdi.

Göründüyü kimi Azərbaycan ictimaiyyəti və Qərb Rusiyanın Dağlıq Qarabağda provakativ missiyasını yaxşı bilir. Rusiya Türkiyənin regionda mövqeyinin güclənməsini qəbul etməklə, Cənubi Qafqazda artıq ciddi söz sahibiliyini əldən verib. Kiçik bir ərazi olan Xankəndi, Xocavənd və Ağdərədə suverenliyimiz bərpa edilməsi mütləq olacaq. Uzun proses və regionda dəyişən şərtlərdən və Türkiyə Azərbaycan birliyinin daha da gücləndirilməsindən asılı olacaq”, – deyə politoloq sözlərinə əlavə edib.yenisabah.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*