Putinin qızı media qarşısına çıxdı – VİDEObackend

Putinin qızı media qarşısına çıxdı - VİDEO

Rusiya Prezidenti Vladimir Putinin qızı media qarşısına çııxb.

KONKRET.az oxu24-ə istinadən xəbər verir ki,Sankt-Peterburq İqtisadi Forumunun sessiyalarından birinə Putinin böyük qızı moderatorluq edib.

Vladimir Putinin böyük qızı, Moskva Dövlət Universitetinin Tibbi Tədqiqat və Tədris İnstitutunun direktor müavini Mariya Vorontsova “Neyrotexnologiyalar əsrində neoetika” sessiyasını açıb.

Videonu “Radio Mayak” yayıb.

Vorontsova, digərləri ilə yanaşı, Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşkonun da iştirak etdiyi sessiyanın moderatoru qismində çıxış edir.

Qeyd edək ki,Putinin ailə üzvləri media qarşısına nadir hallarda çıxır.

Xatırladaq  ki, Mariya Vorontsova 28 aprel 1985, Leninqrad şəhərində anadan olub. Vladimir və Lyudmila Putinin evliliyindən olan  böyük qızıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*