“Putinin səbrinin də həddi var, qorxuram ki…” – ABŞ ordusunun zabitibackend

“Putinin səbrinin də həddi var, qorxuram ki...” – ABŞ ordusunun zabiti

“Ukrayna Silahlı Qüvvələrinin Sevastopola endirdiyi zərbələr münaqişənin taleyini ciddi şəkildə dəyişə bilər”.

KONKRET.az xarici mediaya istinadla xəbər verir ki, bu sözləri ABŞ ordusunun təqaüddə olan zabiti və hərbi analitik  Daniel Davis X (keçmiş Twitter) sosial şəbəkəsində yazıb.

“Putin ehtiyatlı olması və səbri ilə tanınır, lakin onun səbrinin də həddi var, qorxuram ki, bu, müharibənin qırılma nöqtəsi ola bilər”, – Daniel Davis yazıb.

Ekspertin fikrincə, Qərb Rusiya ərazisinə zərbələr endirməklə böyük riskə gedir. O, eyni zamanda vurğulayıb ki, müharibənin Rusiya ərazilərində davam etdirilməsi əsk-effekt də verə bilər:

“Bütün riskləri nəzərə alanada hadisələrin bundan sonrakı inkişafını proqnozlaşdırmaq çətin görünür. Qorxuram ki, biz tezliklə yanıldığımızı anlayaq”, – Devis yekunlaşdırıb.

Xatırladaq ki, iyunun 23-də Ukrayna Silahlı Qüvvələri ABŞ-yə məxsus 5 ATACMS raketi ilə Sevastopola hücum edib və bu, dinc sakinlər arasında çoxsaylı itkilərə səbəb olub. Hücum nəticəsində 2-si uşaq olmaqla 4 nəfər ölüb. Son məlumata görə, 151-dən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan 82-si tibb müəssisələrinə göndərilib.

Orxan HƏSƏNLİ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*