Rusiya Prezidenti Vladimir Putin Malayziya Baş naziri ilə görüşü zamanı maraqlı bir epizodu bölüşüb. O, bildirib ki, görüş zamanı Andreev zalı haqqında məlumat verib və orada yerləşən üç taxtdan söz açıb.
KONKRET.az xəbər verir ki, Putin zarafatla baş nazirə sual ünvanlayıb: “Bir taxt çar üçün, biri onun həyat yoldaşı üçün, bəs üçüncü taxt kimindir?” Malayziya Baş naziri isə, düşünmədən, “ikinci arvad üçündür” cavabını verib.
Prezident daha sonra aydınlaşdırıb ki, əslində üçüncü taxt çarın anası üçün nəzərdə tutulub. O, gülümsəyərək əlavə edib ki, bu “məlumat mübadiləsi” hər halda “faydalı oldu”.
Natiq Səlim,
KONKRET.az