Rusiyanın Ukrayna ilə birbaşa danışıqlar təklifi yaxşı əlamətdir, lakin kifayət deyil.
KONKRET.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib.
Kansler Rusiyanı ABŞ və Avropanın dəstəklədiyi 30 günlük atəşkəsə razı olmağa çağırıb:
“Biz Moskvanın real danışıqlara başlamağa imkan verəcək atəşkəsə razılaşacağını gözləyirik. Əvvəlcə silahlar susmalıdır və yalnız bundan sonra müzakirələr başlaya bilər”.