Putinlə bu şərtlə görüşəcəm – Zelenskibackend

Putinlə bu şərtlə görüşəcəm - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski NATO-nun baş katibi Mark Rutte ilə görüşündə Kiyevin Rusiya ilə danışıqlara hazır olduğunu, lakin danışıqların dərhal üçtərəfli formatda keçirilməsinə üstünlük verəcəyini bildirib.

“Rusiya mənim Putinlə görüşümə mane olmaq üçün əlindən gələni edir”, – deyən Zelenski mümkün dialoqa beynəlxalq vasitəçilərin cəlb edilməsinin vacibliyini vurğulayıb.

KONKRET.az xəbər verir ki, Ukrayna prezidenti həmçinin qeyd edib ki, Türkiyə son görüşdə Qara dənizdə təhlükəsizliyin təmin edilməsini təklif edib.

“Bütün ölkələrin Ukraynanın təhlükəsizliyinə necə təminat verəcəyi barədə danışmaq hələ tezdir. Bütün infrastrukturlar hazırlandıqdan sonra kimin nəyi və necə edəcəyini anlamaq olacaq”, – o vurğulayıb.

Rutte, öz növbəsində, təminatların iki səviyyəli olmasının vacibliyini diqqətə çatdırıb:

“Birincisi, sülh sazişinin bağlanması, sonra isə ABŞ və Avropadan təminatların verilməsi əsas məsələdir”, – deyə Ruttə əlavə edib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*