Qaçaqmalçılıqda ittiham olunan əməkdaşlara HÖKM OXUNDUbackend

Qaçaqmalçılıqda ittiham olunan əməkdaşlara HÖKM OXUNDU

Ölkəyə qaçaqmalçılıq yolu ilə 41 ədəd qızıl külçə keçirməkdə təqsirləndirilən Dövlət Gömrük Komitəsinin əməkdaşı Əfsər Mirzəliyev və onunla birgə ittiham olunan Səfər Səfərovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi keçirilən sonuncu prosesdə təqsirləndirilənlərə hökm oxunaraq, onların hər ikisi ayrı-ayrılıqda beş il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər.

Səfər Səfərova Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), Əfsər Mirzəliyevə isə müvafiq olaraq CM-in 206.3.2 və 206.3.3-cü (vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə edilməklə qabaqcadan olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri ilə ittiham elan edilib, barələrində həbs qətimkan tədbiri seçilib.

Əfsər Mirzəliyev Dövlət Gömrük Komitəsinin Qaçaqmalçılıqla Mübarizə İdarəsinin əməkdaşı olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*