Gəncədə kişi keçmiş arvadını ÖLDÜRDÜ – YENİLƏNİBbackend

Gəncədə kişi keçmiş arvadını ÖLDÜRDÜ - YENİLƏNİB

Gəncədə kişi keçmiş arvadını bıçaqlayıb. Hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən KONKRET.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Gəncə şəhər sakini Züleyxa Şirinovanın aldığı bıçaq xəsarətlərindən xəstəxanada ölməsi faktına görə Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Cinayəti törətməkdə şübhəli bilinən zərərçəkmişin əri Ruslan Şirinov şübhəli şəxs qismində saxlanılıb.

13:03

Gəncədə qadın bıçaqlanıb.

KONKRET.az-ın məlumatına görə, hadisə şəhərin Sevinc qəsəbəsində qeydə alınıb. Belə ki, 1995-ci il təvəllüldü Züleyxa Şirinova bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib, dərhal əməliyyat olunub.

Qadının vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, qadın marketdə əri tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*