Qadına dəmir dəyənəklə hədə-qorxu gələn taksi sürücüsü saxlanıldıbackend

Qadına dəmir dəyənəklə hədə-qorxu gələn taksi sürücüsü saxlanıldı

“Qadın sürücüyə qorxulu anlar yaşadan taksi sürücüsü saxlanılıb”.

KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, şəxs barədə toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib:

“Yolun hərəkət hissəsində avtomobilini saxlayaraq dəyənəklə digər sürücüyə hədə-qorxu gələn Sumqayıt şəhər sakini Namiq Sultanov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Şəxs barədə toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib”.

Xatırladaq ki, hadisə may ayının 23-də 11:36-da Bakı-Sumqayıt yolunun Beynəlxalq Avtovağzal Kompleksi yaxınlığından keçən hissəsində baş verib. Üzərində taksi nişanı olan nəqliyyat vasitəsinin sürücüsü idarə etdiyi “Opel” markalı 99-UP-654 dövlət nömrə nişanlı avtomobili ilə xanım sürücünün qarşısını kəsib. Daha sonra əlində dəyənəklə nəqliyyat vasitəsindən düşərək xanım sürücünün avtomobilinə doğru hücum çəkib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*