İstanbulun simvolik binalarından biri olan və bərpası başa çatan Qalata qülləsinin açılışı olacaq. Sosial mediada binanın görüntüləri yayılıb.
KONKRET.az xəbər verir ki, 2023-cü il noyabrın 1-də başlayan bərpa işləri çərçivəsində Qalata qülləsinin 8-ci mərtəbəsi bağlanıb.
Qüllənin çöl təmiri və zəlzələyə qarşı gücləndirmə işləri yekunlaşıb. Məlumata görə, restavrasiyadan sonra tarixi qülləni ziyarət etməyə gələnlər saatda maksimum 100 nəfər olmaqla içəri buraxılacaq.