Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Boluspor” Türkiyə Kubokunun matçında “Qalatasaray”a 1:4 hesabı ilə məğlub olub.
KONKRET.az xəbər verir ki, C qrupunun 2-ci turunun qarşılaşmasında hesabı Vüsal İsgəndərli açıb.
11-ci dəqiqədə adını tabloya yazdıran oyunçu komandasını hesabda irəli çıxarıb. Bununla belə Bolu təmsilçisi qələbə hesabını qoruya bilməyib.
45-ci dəqiqədə sarı vərəqə də alan İsgəndərli sonadək meydanda olub.
İstanbul təmsiçisindən Alvaro Morata (21), Eyüp Aydın (44), Yusuf Demir (72) və Ahmet Kutucu (75) fərqlənib.//Qafqazinfo