“Qarabağ”ın daha bir futbolçusu “Ferentsvaroş”a keçə bilərbackend

"Qarabağ"ın daha bir futbolçusu "Ferentsvaroş"a keçə bilər

Macarıstanın “Ferentsvaroş” klubu “Qarabağ”ın hücumçusu Leandro Andradeyə elçi düşüb.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, Leandro Andrade komandanı tərk etmək üzrədir.

O, Macarıstanın “Ferentsvaroş” klubunun transfer siyahısına düşüb. Budapeşt təmsilçisinin yarımmüdafiəçini yaxından izlədiyi bildirilir.

Macarıstanlılar hələlik gözləmə mövqeyindədirlər. Klub rəhbərliyi rəsmi təklif üçün yaya qədər gözləyəcək. Transfer pəncərəsində “Ferentsvaroş”un Andrade üçün “Qarabağ”a təklif göndərəcəyi bildirilir.

Qeyd edək ki, daha öncə “Qarabağ”ın yarımmüdafiəçisi Julio Romao “Ferentsvaroş” klubuna transfer olunmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*