“Qarabağ”ın futbolçusunu istəyirdi – FİFA transfer qadağası qoydubackend

“Qarabağ”ın futbolçusunu istəyirdi - FİFA transfer qadağası qoydu

FIFA Braziliyanın “Botafoqo” klubuna transfer qadağası tətbiq edib.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

Belə ki, “Ağ-qaralar” 3 transfer pəncərəsində heyətinə yeni oyunçu cəlb edə bilməyəcək. Buna səbəb klubun 2024-cü ilin yayında “Atlanta”dan Tyaqo Almadanın transferi üçün ABŞ klubuna olan borcunu ödəməməsidir.

Qeyd edək ki, “Botafoqo” “Qarabağ”ın yarımmüdafiəçisi Pedro Bikalyonu da heyətinə qatmaq istəyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*