Qarabağ qazilərinin sayı neçə nəfərdi – Rəsmi MƏLUMATbackend

Qarabağ qazilərinin sayı neçə nəfərdi - Rəsmi MƏLUMAT

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin sayı barədə tez-tez müxtəlif rəqəmlər söylənilir.

KONKRET.az xəbər verir ki, Modern.az Qarabağ müharibəsində əlillik qazanmış qazilərin sayını dəqiqləşdirib.

Dövlət Statistika Komitəsindən əldə etdiyimiz rəsmi məlumatda bildirlib ki, 2023-cü il oktyabrın 1-i vəziyyətinə Azərbaycanda müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sayı 20102 nəfər olub.

Onlardan 14682 nəfəri Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir. Hazırda qazilərin orta aylıq təqaüdü 383,29 manat təşkil edir.

Ayda 400 manat təqaüd alan daha 2543 nəfər Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərdir.

2877 nəfər isə hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərdi ki, onların da orta aylıq təqaüdü 387 manat təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*