Azərbaycan Premyer Liqasında 2-ci turun oyunları keçirilir.
KONKRET.az ilk günün ikinci oyununda son çempion “Qarabağ” “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib.
Qarşılaşmanın baş hakimi Cavid Cəlilov olub. Ağdam klubu ev oyunundan minimal hesabla məğlub ayrılıb.
“Kəpəz” – “Karvan-Yevlax” oyunu 23 avqustda, “Şamaxı” – “Sabah” və “Turan Tovuz ” – “Araz-Naxçıvan” oyunları 24 avqustda, “Qəbələ” – “Zirə” matçı isə 25 avqustda keçiriləcək.
Azərbaycan Premyer Liqası
2-ci tur
22 avqust
“Qarabağ” – “Sumqayıt” 0:1
Qol: Ronaldo Vaskes, 72.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
“Azersun Arena”, 19:30.