Qarabağ” tarixində ilk dəfə UEFA Avropa Liqasında pley-offa yüksəlib.
KONKRET.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçilik etdiyi komanda turnirin qrup mərhələsinin VI turunda Bakıda İsveçin “Hakken” klubu ilə üz-üzə gəlib.
Rəqibini 2:1 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi növbəti raunda visəqə qazanıb. “Köhlən atlar”ın heyətində 1-ci dəqiqədə Leandro Andrade, 45+3-cü dəqiqədə Yassin Benzia fərqlənib.
H qrupunun digər matçında “Bayer 04” Almaniyada Norveçin “Molde” kollektivini darmadağın edib – 5:1.
Avropa Liqasında pley-off mərhələsinin püşkü dekabrın 18-də atılacaq.
23:28
“Qarabağ” Bakıda İsveçin “Hakken” komandasına qarşı keçirdiyi UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda azlıqda qalıb.
KONKRET.az xəbər verir ki, Azərbaycan təmsilçisinin heyətində Marko Veşoviç 56-cı dəqiqədə birbaşa qırmızə vərəqə alaraq meydandan qovulub.
Qeyd edək ki, “Qarabağ” hazırda 2:0 hesabı ilə öndədir.
23:07
Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun “Qarabağ” – “Hakken” (İsveç) oyununda ilk hissə başa çatıb.
KONKRET.az xəbər verir ki, Azərbaycan təmsilçisi fasiləyə 2:0 hesablı üstünlüklə yollanıb.
“Köhlən atlar”ın heyətində 1-ci dəqiqədə Leandro Andrade fərqlənib.
45+3-cü dəqiqədə Yassin Benzia rəqibi ikinci dəfə məyus edib.
21:55
Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda keçirilən “Qarabağ” – “Hakken” (İsveç) oyununda ilk qol vurulub.
KONKRET.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın 1-ci dəqiqəsində Azərbaycan təmsilçisi hesabı açıb.
“Köhlən atlar”ın heyətində Leandro Andrade fərqlənib.
20:49
Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda üz-üzə gələcək “Qarabağ” və İsveçin “Hakken” klubunun start heyətləri bəlli olub.
KONKRET.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.
“Qarabağ”: 99 Andrey Lunyov, 44 Elvin Cəfərquliyev, 13 Bəhlul Mustafazadə 55. Bədavi Hüsenov, 29 Marko Veşoviç, 6 Julio Romao, 8, Marko Yankoviç, 7 Yassin Benzia, 10Abdullah Zubir, 15 Leandro Andrade, 18 Olavio Juninyo
“Hekken”: 26. Peter Abrahamsson, 21. Tomas Totland, 5. Even Hovland, 4. Ayham Usu, 13. Simon Sandberq, 27. Romeo Amane, 11. Samuel Qustafson, 18. Mikkel Riqaard, 23. Mamadu Sonko, 10. Ali Yussef, 17. Edvard Çilufya
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” oyunu saat 21:45-də başlayacaq. Ağdam təmsilçisi hazırda 7 xalla ikinci pillədə yer alıb. İsveç klubunun isə hesabında xal yoxdur.